Obama 4.3 milyon dollarlıq evdə yaşayacaq

Obama 4.3 milyon dollarlıq evdə yaşayacaq ABŞ prezidenti Barak Obama prezidentlik vəzifəsini bitirəndən sonra Vaşinqtonda yaşamağa davam edəcək.      Obama 9 yataq otağı, bir idman otağı və 8 hamamı olan, 4.3 milyon dollar dəyərində bir ev kirayələyib. ABŞ prezidenti bu payız keçiriləcək seçkilərdən sonra kreslosunu yeni prezidentə verəcək. 8.200 kvadrat metr sahəsi olan torpağın üzərində qurulmuş olan evi isə prezident Bill Klintonun mətbuat müşaviri olan Joe Lockhartdan alıb. 1928-ci ildə inşa edilən evin üst mərtəbəsində Obamanın iş otağı yer alır. Obamanın belə bir bahalı qərar verməsinin səbəbi isə 14 yaşlı qızı Saşadır. Belə ki, əsas məsələ Saşanın lisey təhsilinə mane olmamaqdır.      Obama qızı Saşanın təhsil aldığı Sidvell Friends Schoola illik olaraq 36 min 360 dollar ödəyir. Obama müsahibələrinin birində lisey təhsili alan birinin başqa bir məktəbə köçürülməsinin çətin olduğunu demişdi.  
0
13