“Nokia” minlərlə iş yerini ixtisar edəcək

“Nokia” minlərlə iş yerini ixtisar edəcək

Finlandiyanın "Nokia" şirkəti bütün filiallarında minlərlə iş yerini ixtisar etməyi planlaşdırır.

İKT.lent.az-ın "Reuters"ə istinadən məlumatına görə, ixtisar optimallaşdırma proqramının bir hissəsidir və "Nokia"nın "Alcatel-Lucent" şirkəti ilə birləşməsindən sonra qüvvəyə minib.

Şirkət Almaniyada 1 400 iş yerinin ləğv edilməsinə hazırlaşır. Finlandiyada isə bu rəqəm 1 300 olacaq. Fransada 400 işçi yerini ixtisar edəcəklər. Əvəzində isə araşdırma və tərtibat departamentində 500 yeni vakansiya açılacaq,

Bir qədər əvvəl isə "Nokia" şirkətinin xalis mənfəətinin azaldığı ilə bağlı məlumat verilib.

Mənbə:
0
19