Poçt məktubu 40 il sonra çatdırdı

Poçt məktubu 40 il sonra çatdırdı Rusiyanın Tomsk şəhərinin sakini ona yazılmış məktubu göndəriləndən 40 il sonra alıb. Musavat.com xəbər verir ki, məlumatı “Qovorit Moskva” radiosu yayıb.     “Poçta Rossii” şirkətinin regional filialı faktla bağlı xidməti araşdırmaya başlayıb.        Qadın bildirib ki, məktub 40 il əvvə Tomsk vilayətinin kəndindən qardaşı tərəfindən göndərilib. Məlumata görə, məktubun göndərildiyi poçt şöbəsi 20 il əvvəl bağlanıb.        Qeyd edək ki, bundan əvvəl “Poçta Rossii” məltubu 2 il 2 ay 3 gün sonra ünvanına çatdırmışdı. 
0
17