Parisdə yenə ara qarışır

Parisdə yenə ara qarışır

Parisdə əmək qanunvericiliyində dəyişikliklərə qarşı çıxış edən etirazçılar və polis qüvvələri arasında toqquşmalar baş verib. APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, iğtişaşlar Fransanın digər şəhərlərində də müşahidə olunub.

Bordo şəhərində toqquşmalardan sonra 100-dək etirazçı saxlanılıb. Polis aksiyanı dağıtmaq üçün etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, mayın 18-də Əmək Məcəlləsində dəyişikliklərə qarşı təşkil olunan aksiyalarda 220 min nəfər iştirak edib.

Qeyd edək ki, hökumətin təklif etdiyi qanun layihəsi müəssisələrdə iş vaxtının uzadılması və işçilərin işdən azad olunması prosedurunu xeyli sadələşdirir.

0
14