Ən yaşlı fil öldü

Ən yaşlı fil öldü Yaponiyanın paytaxtı Tokio şəhərindəki zooparkda 69 yaşlı fil ölüb.     "Report" "Associated Press"ə istinadən xəbər verir ki, Xanako ləqəbli fili zooparka 1949-cu ildə Tailand hökuməti hədiyyə edib.     Xəbərə görə, Xanako kiçik beton damda saxlanılırmış. Bir müddət əvvəl isə onun Tailanda qaytarılması ilə bağlı imza toplanırmış. Bu tələbdən sonra yaşı çox olduğu üçün filin köçürülməməsi haqda qərar qəbul edilib.     Xanakonun mənası "çiçəklər körpəsi" deməkdir. Onun 69 yaşı olub. Bu, Asiyada qapalı şəraitdə yaşayan fillər üçün rekord göstərici sayılır. Aparılan araşdırmalara əsasən, Asiya filləri 48 il, savanna 60-70, meşə filləri isə 60-70 il yaşayır.
0
9