ABŞ generalının İrəvandakı danışıqlarının mövzusu açıqlandı

ABŞ generalının İrəvandakı danışıqlarının mövzusu açıqlandı

Ermənistanda mayın 22-də səfərdə olmuş ABŞ hərbçiləri və diplomatlarından ibarət nümayəndə heyəti hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun nümayəndəsi Piter Kuk deyib.  

Onun sözlərinə görə, nümayəndə heyətinə ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı general-leytenant Ben Hoces rəhbərlik edib.

“General-leytenant Ben Hoces Kanzas Milli Qvardiya nümayəndələri, səfir və Dövlət Departamentinin nümayəndələri ilə birlikdə Ermənistana səfər edib. Səfərin məqsədi  Ermənistan Müdafiə Nazirliyindəki həmkarlarla hərbi sahədəki əlaqələri və onların inkişaf pespektivlərini müzakirə etmək  olub”, - deyə Kuk qeyd edib.

Pentaqon nümayəndəsi danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğunu istisna etməyib, lakin, onun sözlərinə görə, “Ermənistanın ABŞ və Avropa ilə multiformatlı hərbi əməkdaşlığı  görüşün əsas mövzusu olub”.

0
10