İnquşetiyada xüsusi əməliyyat: İŞİD-lə əlaqəli 5 silahlı öldürüldü

İnquşetiyada xüsusi əməliyyat: İŞİD-lə əlaqəli 5 silahlı öldürüldü

İnquşetiyanın Malqobek və Nazran şəhərlərində xüsusi əməliyyat zamanı İŞİD-lə əlaqəli 5 silahlı məhv edilib, üçü isə yaxalanıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  bu barədə Rusiya Milli Antiterror Komitəsindən bildirilib.  

“Malqobek şəhərində keçirilmiş  xüsusi əməliyyat, Nazranda isə antiterror əməliyyatı zamanı şiddətli silahlı müqavimət göstərmiş 5 silahlı məhv edilib, 3 nəfər isə saxlanılıb”, - deyə qurumdan bildirilib.

Hadisə yerindən avtomat silahlar, tapançalar, əl qumbaraları götürülüb.

Əməliyyatlar zamanı mülki əhali və hüquq-mühafizə orqanlarının şəxsi heyəti arasında xəsarət alan olmayıb.

0
16