Millimiz "cırtdan"la bacarmadı

Millimiz "cırtdan"la bacarmadı

Bu gün Azərbaycan millisi Avstriya toplanışı çərçivəsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, mayın 23-dən Avstriyanın Bad Erlax şəhərində təlim-məşq toplanışında olan yığmamız hazırlıq çərçivəsində planlaşdırılan 3 yoxlama görüşündən birincisində Andorra ilə qarşılaşıb.

Robert Prosineçkinin yetirmələri 2016-cı ildəki 2-ci görüşünü qolsuz bərabərliklə başa vurub.

İlin ilk sınağını Türkiyənin Antalya şəhərində keçirib, 0:1 hesabı ilə uduzan komandamız ikinci matçında da "cırtdan"la bacarmayıb.

Ölkə kubokunun final matçı ilə əlaqədar olaraq "Qarabağ" və "Neftçi"dən milliyə dəvət olunmuş oyunçuların çıxış etmədiyi oyunda kasad heyətlə mübarizə aparan millimiz ələ düşən bir neçə imkandan istifadə edə bilməyib və qarşılaşma başladığı kimi də sona yetib.

Yoldaşlıq oyunu

26 may

Azərbaycan – Andorra - 0:0

Hakimlər: Harald Lexner, Andreas Heidenreyx, Maksimilian Kolbitş, Markus Hameter (hamısı Avstriya)

Bad Erlax (Avstriya)

0
20