İki qırıcı okeana düşdü, pilotlar sağ qaldı

İki qırıcı okeana düşdü, pilotlar sağ qaldı

ABŞ-nın Şimali Karolina ştatında okean üzərində iki hərbi təyyarə toqquşub. ABC telekanalının məlumatına görə, sahildən 40 km aralıda, Atlantik okeanı üzərində təlim uçuşu zamanı “McDonnell Douglas F / A-18” tipli iki döyüş təyyarəsi toqquşaraq suya düşüb.

Qəza nəticəsində ölən olmayıb. Hər iki  təyyarənin xəsarət alan 4 nəfər ekipaj üzvü xilas olunaraq xəstəxanaya aparılıb.

Qəzanın səbəbləri və təfərrüatları açıqlanmır.

0
33