Saakaşvili özündən çıxdı: Başlarını itiriblər - VİDEO

Saakaşvili özündən çıxdı: Başlarını itiriblər - VİDEO

“Bu cür hətta Şimali Koreyanın Baş prokurorluğu belə işləmir”.

Ukraynanın Odessa vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları Mixail Saakaşvilinin müşaviri Teymuraz Nişnianidzenin kabinetində və “Odessa naminə” fondda axtarış aparıblar.

Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, axtarışlar bir neçə cinayət maddəsi üzrə həyata keçirilib.

Saakaşvili hadisədən sonra keçirdiyi mətbuat konfransında prokurorluğun bu addımını kəskin tənqid edib.

“Başlarını itiriblər. Bu cür hətta Viktor Pşonka (Ukraynanın 2010-2014-cü illərdə Baş prokuroru) və Şimali Koreyanın Baş prokurorluğu belə işləməyib”, - quberbator Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarının işini şərh edib.

0
22