AŞPA Ağdaşdakı təkrar seçkiyə müşahidəçi göndərəcək

AŞPA Ağdaşdakı təkrar seçkiyə müşahidəçi göndərəcək

Təkrar seçkilər 2016-cı ilin iyunun 18-nə təyin edilib.

AŞPA-nın Tallində keçirilən Büro iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərə müşahidəçilərin göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Twitter" səhifəsində yazıb.

“Büro yekdilliklə Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçilərin göndərilməsi ilə bağlı təklifi qəbul edib”, - deyə o bildirib.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər 2016-cı ilin iyunun 18-nə təyin edilib.

0
22