Bakıda zibillikdə silah-sursat aşkarlanıb

Bakıda zibillikdə silah-sursat aşkarlanıb

Aşkarlanan silahlar polisə təhvil verilib.

Bakıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif növ silah-sursat hissələri tapılıb. 

“Təmiz Şəhər” ASC-dən Oxu.Az-a verilən məlumata görə, şirkət əməkdaşları tullantıların içindən 1 ədəd DTG-9 qumbaraatan mərmi, 1 ədəd tüstü yayıcı cihaz, 1 ədəd RQD-5 əl qumbarasının korpusu, 1 ədəd pnevmatik tapança və 769 ədəd müxtəlif çaplı patron tapıblar.

Aşkarlanan silahlar polisə təhvil verilib.

0
18