Rusiya XİN-i Qarabağ münaqişəsinin həllindən danışdı

Rusiya XİN-i Qarabağ münaqişəsinin həllindən danışdı

“Moskva bu vəziyyəti yekun həllə gətirmək üçün fəaldır”.

Qarabağ münaqişəsi tərəflərini qarşıdurma, vəziyyəti pisləşdirmək cəhdlərindən yayınmağa və problemin sülh yolu ilə həlli üçün ab-hava yaratmağa çağırırıq.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Vyanada baş tutan son görüşünü şərh edərkən deyib.

Rusiyanın əldə olunmuş razılaşmaları qorumaq üçün hansı addımlar atmasından danışan M.Zaxarova praktiki addımlar kimi ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan rəhbərliyi ilə əlaqələri qeyd edib.

“Biz bu istiqamətdə kifayət qədər fəalıq. Hesab edirəm ki, Rusiya bu vəziyyəti yekun həllə gətirmək üçün fəaldır”, - deyə Zaxarova bildirib.

0
20