Toyundan bir həftə sonra itkin düşən azərbaycanlı gəlinin meyiti tapıldı – FOTO

Toyundan bir həftə sonra itkin düşən azərbaycanlı gəlinin meyiti tapıldı – FOTO

“O, qızımı öldürməkdə şübhəli bilinib”.

Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan Gülnarə Vəliyevanın meyiti meşədə tapılıb.

Bu barədə Oxu.Az “Life” saytına-a istinadən xəbər verir.

Lent.az-ın məlumatına görə, Gülnarə Vəliyevanın həyat yoldaşı saxlanılıb.

Vəliyevanın atası Şücaət Vəliyev bildirib ki, Peterburq polisi onlara əlavə heç bir məlumat verməyib, yalnız onu bilirlər ki, qətlə görə kürəkəni saxlanılıb: 

“Bizə deyirlər, narahat olmayın, məsələni həll etməyə çalışırıq.  Bir neçə gün bundan qabaq yeznəni tutublar.

O, qızımı öldürməkdə şübhəli bilinib. Yalnız bizə verilən məlumata görə, o, cinayəti boynuna götürmür. Qızımdan hələ bir xəbər yoxdur. Ölübsə, meyiti hanı?”.

0
26