XİN: Kimlərsə Azərbaycan və Bolqarıstanın dostluq əlaqələrindən narahatdır

XİN: Kimlərsə Azərbaycan və Bolqarıstanın dostluq əlaqələrindən narahatdır

“Onların adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir”.

Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə Bolqarıstanın Vətənpərvər Cəbhə partiyasını təmsil edən parlament üzvləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

Öz fəaliyyət xarakteri daşıyan bu qərəzli səfər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi təcavüz, işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət edən cəhd kimi qiymətləndirilir.

Bu barədə Oxu.Az-a Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Nazirliyin sözçü qeyd edib ki, bu qanunsuz səfər Bolqarıstanda kimlərinsə Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq müstəvisində dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından ciddi narahat olduqlarını bir daha göstərir.  

“Təəssüflər olsun ki, rəsmi Yerevan Vyana görüşündə qeyd olunan hərtərəfli və substantiv danışıqlara zəmin hazırlamaq əvəzinə bu kimi lüzumsuz və mənasız təxribatçı əməllərlə məşğuldur.  

Sözügedən qanunsuz və təxribatçı səfər ilə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi və qanunverici orqanına müraciət edəcək və narahatlığımızı ifadə edəcəkdir.

Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra onların adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir”, - deyə H.Hacıyev qeyd edib.     

0
14