Manatın gücləndirilməsi üçün hökumətə verilən xüsusi təklifin DETALLARI

Manatın gücləndirilməsi üçün hökumətə verilən xüsusi təklifin DETALLARI

"Manat likvidliyinin artırılması üçün ilk növbədə bazar xarici investisiyaya tam açılmalıdır və bu proses təşviq olunmalıdır".

"APA-Economics" xəbər verir ki, bunu Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev deyib.

"Bu tədbirlər bankların həm kapitallaşmasını dəstək verəcək, həm də əlavə likvid vəsaitlərin cəlb olunmasına səbəb olacaq. Paralel olaraq bank sektoruna inam da artacaq. Mərkəzi Bank bu gün birdən-birə likvidliyi artıra bilməz. Bu proses tədricən, yəni ÜDM artdıqca baş verə bilər. ÜDM-in artırılması üçün realı sektora yatırılacaq vəsait lazımdır. Mərkəzi Bank əlavə olaraq manat çap edib dövriyyəyə buraxsa, bu valyuta bazarına təzyiq göstərə bilər. Biz təklif etmişik ki, Dövlət Neft Fondunun aktivlərinin 5%-i milli valyutaya yatırılsın. Bunun bazara heç bir təsiri yoxdur. Bu vəsait hökumətin prioritet hesab etdiyi layihələrə yönələ bilər. Manat likvidliyinin artırılmasının başqa bir yolu odur ki, hökumətdə hecinq fondu yaradılmalıdır. Bununla da banklar dollar vəsaitlərini manata çevirib real sektora yönəldə bilər. Digər tərəfdən manatın məzənnəsinin yeni rəsmi dəhlizi formalaşmalıdır. Dəhlizin yaradılması insanlar əminlik verə bilər. Bunların ikisindən birini etmək tövsiyə olunur", - deyə C. Abdullayev bildirib.

0
21