İlhamə Quliyevanın köməkçisi prokurorluqda - ÖLÜM VƏ MİRAS İŞİ BÖYÜYÜR

İlhamə Quliyevanın köməkçisi prokurorluqda - ÖLÜM VƏ MİRAS İŞİ BÖYÜYÜR

Mərhum xalq artisti İlhamə Quliyevanın ölümünün şahidi olmuş köməkçisi Fatma Əliyeva Bakı şəhər Prokurorluğuna çağırılıb. Bu barədə Lent.az-a xalq artistinin köməkçisinin özü məlumat verib. F.Əliyeva bildirib ki, Lent.az-a müsahibəsindən sonra prokurorluqda dindirilib: “Sizin sayta verdiyim müsahibədə dediklərimdən sonra İlhamə xanımın ölümü və mirası ilə bağlı prokurorluğa çağırıldım. Mayın 24 və 25-i ora getdim, danışdım, bir də həftənin 2-ci günü gedəcəyəm. Hər şeyi daha dəqiq mən bilirəm. Hər şeyi olduğu kimi danışacağam. Çünki İlhamə xanımın özü də sağlığında başına gəlmiş şantaj, hədə-qorxu və digər hadisələrlə bağlı istintaqa məlumatlar vermişdi”.

F.Əliyeva onu da bildirib ki, mərhum xalq artistinin bacısı İradə Quliyeva da İ.Quliyevanın ölümündən sonra Bakı şəhər Prokurorluğunda dindirilib.

0
11