Heydər Əliyev aeroportunda təhlükəsizlik tədbirləri gücləndirdi

Heydər Əliyev aeroportunda təhlükəsizlik tədbirləri gücləndirdi

"Bütün bunlar sərnişinlərin təhlükəsizliyi üçündür".

2012-ci ildən dövlət rəhbərinin imzaladığı, təsdiq etdiyi, aviasiya təhlükəsizliyi üzrə dövlət proqramı var.

Bu proqrama uyğun olaraq, əməliyyat planı hazırlanıb və Heydər Əliyev hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AZAL-ın vitse-prezidenti Arif Məmmədov Brüssel aeroportunda terror aktının törədilməsindən sonra Heydər Əliyev adına hava limanında təhlükəsizlik tədbirləri gücləndirilibmi? sualına cavab olaraq bildirib.

"Bu əməliyyat planına uyğun olaraq, bu günki gün əlbəttə gücləndirmə tədbirləri həyata keçirilir.

O qeyd edib ki, bəlkədə, sərnişinlər aeroporta gələndə bəzi narahatlıqlar yaşaya bilərlər. Hanısa qapıdan problemli keçə bilərlər.

"Amma bütün bunlar sərnişinlərin təhlükəsizliyi üçündür", - deyə vitse-prezident əlavə edib.

Ülviyyə R. Əli

Mənbə:
0
15