Bakıda içi pulla dolu seyf oğurlandı

Bakıda içi pulla dolu seyf oğurlandı

Polis cinayəti törədən şəxsləri yaxaladı.

Mayın 23-də Bakının Xəzər rayonunda evdən içərisində 10 min dollar və 40 min avro pul olan seyf oğurlanıb.

DİN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb.

Belə ki, polis əməkdaşları seyfi oğurlamış paytaxt sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutublar.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

0
17