Hacı Nuran səhhətindən danışdı: "...ürəyim gedir"

Hacı Nuran səhhətindən danışdı: "...ürəyim gedir"

Xeyli müddətdir, Almaniyada müalicə alan teleaparıcı Hacı Nuran Hüseynov səhhəti barədə açıqlama  verib.

Lent.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, aparıcı səhhəti barədə bunları deyib: “Mənə demişdilər ki, xəstəliyim insanlardan topladığım mənfi enerji sayəsində meydana gəlib. Belə şeylərə çox inanmıram, amma ola bilər. Düzdü, valideynlərimi itirdim. Bütün stresslər mən də toplandı. Məndən nəsə soruşsaz milyon dərdim açılar, ağlamağa başlayaram. Ona görə də gülürəm, rəngarəng geyinirəm. İnsanların dərdimdən xəbərinin olmağını istəmirəm. Hər bir insanın öz dərdi var. Oturub danışmaq da olmur. Ümumiyyətlə, xaricdə başqasına dərdini danışmaq qəti qadağandır. Müayinələrdən keçmişəm, cavablar gözləyirəm. 2-3 gündən sonra proseslərə start veriləcək".

Nuran deyib ki, xəstəliyinin müalicəsi  uzunmüddətli prosesdir: "Qrip kimi çarəsini tapmaq olmur. Hissə-hissə hər şey öz yolunu tapacaq. Çox kökəlmişdim, şişmişdim. İndi düzəlmişəm. Hormonal terapiyaya görə belə olmuşdum. Dərmanlardan iyrənirəm. Bir həb var ki, heç içə bilmirəm. Qoxusunu hiss edən kimi ürəyim gedir. İnsan dözür. Dostlar, tanışlar stimul verir”.

0
9