Bakıda avtobus qəzası: Ölən var

Bakıda avtobus qəzası: Ölən var

Cinayət işi açılıb.

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində, Dairəvi yolda “Mercedes” markalı minik avtomobili “Daewoo” markalı, 10 TG 280 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. 

Nəticədə minik avtomobilinin sürücüsü, 41 yaşlı Natiq Eminov ağır xəsarətlər alıb və hadisədən 2 saat sonra xəstəxanada vəfat edib.

Bildirilir ki, qəzaya avtobusun hərəkət sürətini qəfil azaltması və sürətlə hərəkət edən minik avtomobilinin arxadan çırpılması səbəb olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

0
12