Hindistanlı bir dəqiqədə 79 nəfəri qucaqladı

Hindistanlı bir dəqiqədə 79 nəfəri qucaqladı

Hindistanın Andxra Pradeş əyalətinin sakini bir dəqiqə ərzində 79 nəfəri qucaqlamaqla dünya rekorduna imza atıb.

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu barədə “Guinness World Records” saytında məlumat yer alıb. Krişna Kumar adlı kişinin qabağına 88 nəfər şagirdi gəlib və növbə ilə ona yaxınlaşıblar. 60 saniyə ərzində kişi 83 nəfəri qucaqlaya bilib, amma Ginnesin Rekordlar Kitabının nümayəndələri qucaqlanan adamların cəmi 79-nu kitaba salıb. Bunu da onunla izah edib ki, qalanları qucaqlaşmadan daha çox əl vurub qaçmağa bənzəyirdi. Qucaqlaşma isə yaxın təmas və insanların əlləri ilə bir-birinin kürəyini sıxmasını əhatə edirdi. Kumar isə bildirib ki, Ginnesin Rekordlar Kitabına düşməsini insan üçün yüksəliş hesab edib. Bundan öncə eyni səpkili rekorda 2014-cü ildə Avstraliyada imza atılıb.

Onu teleaparıcı Kerri Bikmor edib. O, 60 saniyə ərzində yerli uşaq xəstəxanasında 77 nəfəri qucaqlayıb.

0
18