Tusk: Rusiyaya qarşı sanksiyalar götürülməyəcək

Tusk: Rusiyaya qarşı sanksiyalar götürülməyəcək

“Aİ Rusiyaya qarşı kursuna sadiqdir”.

Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tusk qurum ölkələrinin liderlərinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətinin uzadılmasına dair qərarı yaxın günlərdə qəbul edəcəklərini gözləyir.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

“Biz sanksiyalarımızı davam etdirə bilərik, bizə geniş müzakirələr lazım deyil... Mən tamamilə əminəm ki, biz sanksiyalara dair növbəti iki və ya üç həftə ərzində qərar qəbul edəcəyik və bu qərar geniş müzakirələrə səbəb olmayacaq”, - Tusk bildirib.

Avropa İttifaqının Rusiyaya qarşı qüvvədə olan sanksiyalarının müddəti iyulun sonunda bitir, onların müddətinin uzadılmasına dair qərar qrumun iyul sammitində müzakirə ediləcək.

“Aİ Rusiyaya qarşı kursuna sadiqdir, bura Minsk razılaşmasının tam olaraq yerinə yetirilmədiyi təqdirdə, iqtisadi sanksiyaların qüvvədə qalması da daxildir”, - Tusk sözlərinə əlavə edib.

Daha öncə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları ilin sonuna qədər ləğv edə biləcəyi barədə məlumat yayılmışdı.

0
11