Eşton Karter: “ABŞ qoşunları Əfqanıstanda qalır”

Eşton Karter: “ABŞ qoşunları Əfqanıstanda qalır”

“Hərbi kontingentinin sayı azalsa da, ABŞ qoşunları hələ uzun müddət Əfqanıstanda qalacaq”.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter hərbçilərlə görüşərkən bəyan edib.

“Ümumilikdə, Əfqanıstanda ABŞ hərbi kontingentinin sayının azalması nəzərdə tutulub. Lakin biz orada uzun müddət qalacağıq, Əfqanıstan tərəfinə maddi dəstək verməkdə davam edəcəyik. NATO-ya üzv müttəfiqlərimiz bundan sonra da Əfqanıstan təhlükəsizlik qüvvələrini maliyyələşdirməyə hazır olduqlarını bildiriblər. Biz yerli təhlükəsizlik qüvvələrinə dəstək olmaq, həmçinin terrora qarşı əməliyyatların həyata keçirilməsi üçün Əfqanıstanda qalırıq”, deyə E.Karter bildirib.

0
12