“LUKoyl” cərimələndi

“LUKoyl” cərimələndi

Rusiyanın “LUKoyl” neft şirkətinə məxsus “LUKoyl Neftoxim Burqas” neft emalı zavodu ətraf mühitin çirkləndirilməsinə görə 143 min ABŞ dolları məbləğində cərimə ödəyib.

APA-nın “Rosbalt”-a istinadən verdiyi məlumata görə, bunu Bolqarıstanın Ətraf Mühit naziri İvelina Vasileva bəyan edib.

Onun sözlərinə görə, zavodun fəaliyyəti nəticəsində Burqas şəhərində hidrogen sulfidin miqdarı 36 dəfə normadan artıq olub. Müvafiq yoxlamalardan sonra məlum olub ki, çirklənmənin mənbəyi məhz “LUKoyl” şirkətinə məxsus neft emalı zavodudur. İvelina Vasileva qeyd edib ki, cərimədən əldə edilən maliyyə vəsaiti ətraf mühitin qorunması ilə məşğul olan müəssisəyə köçürüləcək.

Qeyd edək ki, 2015-ci ildə Burqasdakı neft emalı zavodu neft axıntısına görə 58 min dollar məbləğində cərimə edilib.

0
16