İtkin düşən neftçilərin meyitləri bu istiqamətdən tapılır

İtkin düşən neftçilərin meyitləri bu istiqamətdən tapılır

3 gün əvvəl Xəzər dənizinin Türkmənistan sektorunda tapılan neftçinin meyitindən DNT analizi götürülüb. Lent.az-ın məlumatına görə, aprelin 4-də gecə saatlarında Bakıya gətirilən meyitin müxtəlif orqanlarından nümunələr götürülüb və laboratoriyaya təqdim edilib.

Bildirilir ki, dekabr ayında "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşmüş neftçilərin meyitləri əsasən Türkmənistanın Balkan vilayəti istiqamətində tapılır. Mütəxəssislər hesab edirlər ki, hadisə baş verən gün dənizdə su axını Türkmənistanın Balkan vilayəti istiqamətində olub və güclü axın boğulan neftçilərin meyitlərini həmin istiqamətə aparıb.

Mənbə:
0
13