Ukraynada yüksək vəzifəli məmurun arvadına hücum edildi

Ukraynada yüksək vəzifəli məmurun arvadına hücum edildi

Donetsk vilayətinin sakini Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksandr Turçinovun həyat yoldaşına onun işlədiyi universitet binasında bıçaqla hücum edib. Modern.az saytı Ukrayna mediasına istinadən bildirir ki, bu haqda ölkənin daxili işlər naziri Arsen Avakov özünün Facebook səhifəsində yazıb.

“Cinayətkar Anya Turçinova birbaşa onun işlədiyi universitet binasında hücum edib. Əlində bıçaq qışqıran həmin şəxs deyib: “Siz mənə *** cavab verəcəksiz”,– Avakov bildirib. Onun sözlərinə görə, cinayətkar tərksilah edilərək saxlanılıb.

O, hazırda polisdə ifadə verir. Anna Turçinova dosent, Mixail Draqomanov adına Milli Pedaqoji Universitetin xarici dillər kafedrasının müdiridir.

0
20