Azərbaycan Kuboku: "Qarabağ" yenə "qızıl dubl" etdi

Azərbaycan Kuboku: "Qarabağ" yenə "qızıl dubl" etdi

Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, bu qarşılaşma ilə ölkəmizdə 2015/16 mövsümünə yekun vurulub.

Ardıcıl 3-cü dəfə Topaz Premyer Liqasını çempion kimi başa vuran “Qarabağ” “Neftçi” ilə oynayıb. Matçın əsas vaxtında qol olmayıb. Əsas maraqlı məqamlar isə əlavə olunmuş dəqiqələrdə yaşandı. Belə ki, ilk 15 dəqiqə də səssiz keçildikdən sonra ikinci əlavə vaxtın xüsusilə sonları xeyli həyəcanlı keçdi.

120-ci dəqiqədə "Qarabağ" Miçelin baş zərbəsi ilə hesabı açdı. Bundan bir dəqiqə sonra Erik Ramos rəqibə bilərəkdən zərbə endirərərək qırmızı vərəqə ilə cəzalandırıldı. Ağdamlıların say üstünlüyü cəmi bir dəqiqə çəkdi. Bu dəfə digər cənubi amerikalı Reynaldo Kamal Qurbanovun ayağına bilərəkdən təpik vurdu və bu da qısamüddətli qalmaqala səbəb oldu. Braziliyalı qırmızı vərəqə "payını" aldıqdan sonra görüş başa çatdı.

Qarabağ mövsümü qızıl dublla başa vurdu.

25 may

Azərbaycan kuboku, final

Qarabağ” – “Neftçi” - 1:0

Qol: Migel Madera, 119 (1:0)

0
27