Türkiyədə minalanmış avtomobil partladıldı: 3 ölü, 9 yaralı

Türkiyədə minalanmış avtomobil partladıldı: 3 ölü, 9 yaralı

Türkiyənin Mardin vilayətində PKK terrorçuları jandarm bölməsinə hücum ediblər.

APA-nın xəbərinə görə, Midyat rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 1 əsgər və 2 kənd mühafizəçisi ölüb, 9 nəfər yaralanıb.

Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib.  Terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.

0
20