AŞ PA Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır

AŞ PA Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır

Avropa Parlamentinin sədri də bu qərarı dəstəkləyib.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt jurnalist Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır.

Bu barədə Oxu.Az təşkilatın saytına istinadən məlumat verir.

Xatırladaq ki, bu gün Ali Məhkəmədə jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.

Avropa Parlamentinin sədri Martin Şultz da Xədicə İsmayılovanın azadlığa buraxılması qərarını alqışlayıb. 

0
30