Zakir Həsənov İspaniyanın “İndra sistemləri” şirkətini ziyarət edib - FOTO

Zakir Həsənov İspaniyanın “İndra sistemləri”  şirkətini ziyarət edib - FOTO

MN məlumat yaydı.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində mayın 25-də bu ölkənin Silahlı Qüvvələri tərkibində fəaliyyət göstərən UME birləşməsini və “İndra sistemləri” şirkətini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az verilən məlumata görə, Zakir Həsənov UME-nın fəaliyyətini əks etdirən təqdimatı izləyib və Məlumat Mərkəzi ilə tanış olub. 

Bildirilib ki, bu mərkəzə İspaniya və dünyada baş verən böhran hadisələri haqqında məlumat daxil olur və fəaliyyətlər barədə məlumatlar buradan izlənilir.

Azərbaycan nümayəndə heyəti Madriddə fəaliyyət göstərən “İndra sistemləri” şirkətində də olub. 

Məlumat verilib ki, “İndra sistemləri” müxtəlif sahələr üzrə texnoloji həllər təklif edən şirkət olaraq nəqliyyat, daşımalar, energetika, istehsal, dövlət qurumları, maliyyə, təhlükəsizlik və müdafiə, kütləvi informasiya vasitələri istiqamətində fəaliyyət göstərir.

0
43