>İlham Əliyevdən filiz sahələri ilə bağlı - SƏRƏNCAM

>İlham Əliyevdən filiz sahələri ilə bağlı - SƏRƏNCAM

Azərbaycanda bir sıra filiz sahələri və yataqları tədqiq ediləcək.

Azərbaycan prezidenti İlham Əliyev Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınması ilə bağlı zəruri tədbirləri görmək və görülən tədbirlərin nəticələri haqqında prezidentə məlumat vermək tapşırılıb.

İqtisadiyyat Nazirliyi isə Maliyyə Nazirliyi, Mərkəzi Bank və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının Cəmiyyət tərəfindən alınmasının maliyyələşdirilməsinə dair təkliflərini iki ay müddətində prezidentə təqdim etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi alqı-satqı baş tutduqdan sonra sazişə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.

0
24