Türkiyənin UNESKO-dakı səfiri istefa verib

Türkiyənin UNESKO-dakı səfiri istefa verib

Türkiyənin UNESCO-dakı elçisi istefa verib.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Zülfü Livaneli UNESCO-nun xoşməramlı səfiri olmaqdan istefa edib.

Təxminən 20 ildir  UNESCO üçün çalışan Z. Livaneli istefasını baş direktor İrina Bokovaya göndərdiyi bir məktubla bildirib. Livaneli məktubunda insan hüquqlarının pozulması, düşüncə və mətbuat azadlığına vurulan zərbələrə diqqət çəkib.

Birləşmiş Millətlər Təşkilatının beynəlxalq sahədə təyin etdiyi tək türk elçisi Zülfü Livaneli UNESCO-nu ikiüzlülükdə ittiham edib: “Bunlar qarşısında susmaq və mücərrəd sülh ifadələri istifadə etmək UNESCO-nun təməl idealları ilə ziddiyyət yaradır. Surdakı tarix xəzinəsi yox edilərkən İstanbulda Dünya Mədəniyyət Mirasını  qorumaq haqda müzakirələr aparmaq ikiüzlülük deməkdir”.

Xatırladaq ki, Livaneli UNESCO-ya xoşməramlı səfir kimi 1996-cı ildə Federico Mayor tərəfindən “Musiqi və ədəbiyyat sahəsində dünya barışığına göstərdiyi xidmətlər” səbəbindən təyin edilmişdi.

0
17