“Bakısız bacarmıram” klipinin təqdimatı oldu – VİDEO

“Bakısız bacarmıram” klipinin təqdimatı oldu – VİDEO

Klipdə uşaqlıqdan dostluq edən iki dost haqqında əhvalatdan söz açılır.

Bakının “Fairmont Hotel”ində tanınmış aktyor, şoumen və ifaçı Eldar Bağırbəyovun “Bakısız bacarmıram” mahnısına çəkilmiş ilk klipinin təqdimatı keçirilib. Musiqinin müəllifi Alik Həsənovdur, sözləri isə Eldar Bağırbəyovla müştərək yazılıb.

Oxu.Az xəbər verir ki, klip “Zaratustrafilm” şirkəti tərəfindən çəkilib, klipin ssenari müəllifi və rejissoru Rəhman Rafiqoğlu, operatoru Əli Sultanov, montajçısı Xanlar Ağayev, baş prodüseri isə Murad Məhərrəmlidir.

Klipin çəkilişlərində tanınmış aktyorlar - xalq artisti Məbud Məhərrəmov, əməkdar artist Yevgeniya Nevmerjitskaya, həmçinin Bakı Slavyan Universitetinin prorektoru, akademik Rafiq Novruzov iştirak ediblər.

0
23