Savçenko vətəninə çatdı - YENİLƏNİB

Savçenko vətəninə çatdı   - YENİLƏNİB

 Ukraynalı pilot, Ali Radanın deputatı Nadejda Savçenkonu gətirən təyyarə artıq Kiyevə çatıb.

Lent.az-ın unian.net-ə istinadən məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko özünün tviter səhifəsində yazıb.

***

P. Poroşenko tərəfindən bu gün əfv edilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovu gətirən təyyarə artıq Moskavaya çatıb.

Lent.az-ın gazeta.ru-a istinadən məlumatına görə, təyyarə Moskvanın “Vnukovo” hava limanına eniş edib.

14:46

Nadejda Savçenko Rusiya hərbçiləri ilə dəyişdirilib. Və artıq Savçenkoyla dəyişdirilən rus zabitləri artıq Moskvaya yola salınıb.

Lent.az –ın unian.net-ə istinadən məlumatına görə, təyyarənin yarım saat ərzində Moskvaya çatacağı gözlənilir. Ancaq təyyarənin Moskvanın hansı hava limanına enəcəyi barədə məlumat  verilməyib.

Qeyd edək ki, P. Poroşenko tərəfindən bu gün əfv edilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov Rusiyada həbsdə olan ukraynalı pilot N. Savçenko ilə dəyişdirilib.

***

Ukraynalı pilot, Ali Radanın deputatı Nadejda Savçenkonun içində olduğu prezident təyyarəsi Rusiyanın Rostov şəhərindən havaya qalxaraq Kiyevə yola düşüb.

APA-nın xəbərinə görə, bu barədə UNN agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb. Rostovda N. Savçenkonu Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko və Ali Radanın sədr müavini İrina Geraşşenko qarşılayıblar.

Prezident Pyotr Poroşenkonun isə Kiyev hava limanında N. Savçenkonu qarşılayacağı xəbər verilir.

P. Poroşenko tərəfindən bu gün əfv edilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov da gün ərzində Rusiya tərəfinə təhvil veriləcək. Artıq Rusiya hökuməti onları təhvil alıb, ölkəyə gətirmək üçün Kiyevə xüsusi təyyarə göndərib.

12:36

Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenko bir neçə saat Moskvadan Rostov  şəhərinə aparılacaq.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Savçenko Ukraynaya qaytarılır.

Ukrayna prezidenti Pyotr Poroşenko artıq Savçenkonu Kiyevə gətirmək üçün Rostova xüsusi təyyarə də göndərib.

Məlumata görə, Savçenko Ukraynada  əsirlikdə olan iki rus zabiti - Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevlə dəyişdiriləcək.

Xatırladaq ki, 35 yaşlı N. Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq Rusiyaya aparılıb. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunur. O, 22 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

0
20