Erməni kəşfiyyatçı: Azərbaycanlılar bizim arxamıza keçdilər

Erməni kəşfiyyatçı: Azərbaycanlılar bizim arxamıza keçdilər

“Bizim onlarla hərbçimizi məhv edə bilərlər”.

Əlbəttə ki, bu, vacib ərazidir. Təbii ki, bir mövqe böyük strateji əhəmiyyətə malik olmaya bilər, lakin böyük taktiki və operativ önəm daşıdığı birmənalıdır. Çünki artıq qarşı tərəf Talış kəndi istiqamətində bizim mövqelərimizi görə bilirlər.

Oxu.Az “Novosti-Armeni”ya istinadən xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransında Mərkəzi komandanlığın kəşfiyyatçısı, Ermənistan SQ xüsusi təyinatlı diviziyasını yaradan və komandiri Vova Vardanov deyib.

“Taktiki nöqteyi-nəzərdən onlar (azərbaycanlılar-red.) onlarla hərbçimizi məhv edə bilərlər”, - Vova Vardanov əlavə edib.

0
28