Tbilisi, Ankara və Bakı 2017-ci ildə hərbi təlimlər keçirəcəklər

Tbilisi, Ankara və Bakı 2017-ci ildə hərbi təlimlər keçirəcəklər

“Təlimlər irimiqyaslı olacaq”.

Gürcüstan, Azərbaycan və Türkiyə 2017-ci ilin yayında hərbi təlim keçirə bilər. 

Oxu.Az xəbər verir ki, bunu RİA Novosti”-yə Gürcüstan Silahlı Qüvvələrinin baş qərargah rəisi Vaxtanq Kapanadze deyib. 

“Bəli, bu, planlaşdırılır, amma nə isə dəyişə bilər... Təlimlər genişmiqyaslı olacaq. Ən əsası bu təlimlərdə terrorçuluğa qarşı mübarizə və təhlükəsizlik məsələləri yer alacaq”, - Gürcüstan Silahlı Qüvvələrinin baş qərargah rəisi Vaxtanq Kapanadze 2017-ci ilin yayında təlimlərin keçiriləcəyinə dair suala cavab verərkən bildirib.

Birgə təlimlərin keçirilməsi ilə bağlı razılaşma bu yaxınlarda sözügedən ölkələrin müdafiə nazirlərinin Qəbələ görüşündə əldə olunub.

0
21