Messi və Aquero Argentina yığmasından kənarda qaldı - SİYAHI

Messi və Aquero Argentina yığmasından kənarda qaldı - SİYAHI

Argentina yığmasının Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün ilkin heyəti açıqlanıb. Apasport.az-ın Argentina Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Xerardo Martino 35 futbolçuya dəvət göndərib.

Gözlənildiyi kimi, aparıcı futbolçulardan Anxel di Mariya, Xavyer Maskerano, Xavyer Pastore, Qonsalo İquain, Lionel Messi, Serxio Aquero, Ezekyel Lavezzi və Karlos Tevez Olimpiadaya yollanacaq heyətdə yer almayacaqlar. Baş məşqçi onların xidmətindən Cənubi Amerika Kubokunda yararlanmaq niyyətindədi.

“Yuventus”un gənc ulduzu Paulo Dibala isə Rio-2016-da iştirak edə biləcək. Onun yarışı buraxacağı gözlənilsə də, klubu “Yuventus” yarımmüdafiəçiyə icazə verib. Ancaq əvəzində Dibala Cənubi Amerika Kubokuna qatılmayacaq. Dibala ilə yanaşı, tanınmış futbolçulardan Mauro İkardi, Anxel Korrea və Lusiano Vietto da heyətə cəlb olunublar.

Argentina yığmasının heyəti:

Qapıçılar: Geronimo Rulli, Aksel Verner, Auqusto Batalla, Ezekyel Unsain

Müdafiəçilər: Xose Luis Qomes, Viktor Salazar, Mateo Musakkio, Conatan Maydana, Emmanuel Mammana, Ramiro Funes Mori, Viktor Kuesta, Lautaro Canetti, Conatan Silva, Aleksis Soto, Leandro Veqa

Yarımmüdafiəçilər: Matias Kranevitter, Mauritsio Martines, Santyaqo Askakibar, Leandro Paredes, Lukas Romero, İvan Rossi, Covani Lo Çelso, Manuel Lanzini, Franko Çervi

Hücumçular: Anxel Korrea, Xoakin Korrea, Emiliano Riqoni, Kristian Espinoza, Kristian Pavon, Martin Benites, Paulo Dibala, Mauro İkardi, Lusiano Vietto, Conatan Kalleri, Covanni Simeone.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarında futbol yarışları avqustun 4-dən 20-dək keçiriləcək.

0
16