Genişmiqyaslı hərbi təlimlər planlaşdırır

Genişmiqyaslı hərbi təlimlər planlaşdırır

“Gürcüstan, Azərbaycan və Türkiyə gələn ilin yayında hərbi təlim keçirməyi planlaşdırır”.

APA-nın məlumatına görə, bunu “RİA Novosti”yə Gürcüstan Silahlı Qüvvələrinin baş qərargah rəisi Vaxtanq Kapanadze deyib.

Təlimlərin Gürcüstan ərazisində keçiriləcəyini bildirən V. Kapanadze tarixlə bağlı dəyişikliklərin ola biləcəyini istisna etməyib: “Təlimlər genişmiqyaslı olacaq. Ən əsası bu təlimlərdə terrorçuluğa qarşı mübarizə və təhlükəsizlik məsələləri yer alacaq”.

Xatırladaq ki, birgə təlimlərin keçirilməsi ilə bağlı razılaşma bu yaxınlarda sözügedən ölkələrin müdafiə nazirlərinin Qəbələ görüşündə əldə olunub.

0
13