“CinemaPlus” kinoteatrlar şəbəkəsinin onlayn radiosu fəaliyyətə başladı

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin onlayn radiosu fəaliyyətə başladı

Radio yalnız musiqisevərlər üçün deyil.

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsi öz yeni onlayn radiosunu işə salıb.

Bundan sonra həftənin 7 günü, 24 saat, “CinemaPlus” kinoteatrlarının efirində sevimli mahnılara, müxtəlif janrlarda musiqilərə və məşhur filmlərin saundtreklərinə qulaq asmaq olar.   Ən son hitləri çox keyfiyyətli səslənmə ilə “CinemaPlus”un onlayn radiosunda dinləmək olar. Radio yalnız musiqi sevərlər üçün deyil.

Həmçinin yerli şirkətlər də radioda öz reklamını yerləşdirə bilərlər.

Onlayn radio yaxın zamanda çox insanların ən sevdiyi radiokanala çevriləcək.

Kinoteatr bu layihəni “ALTÜST Media” şirkəti ilə birgə işə salıb.

Qeyd etmək istəyirik ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində “CinemaPlus” kinoteatrının açılışı keçirilib, hansı ki, Nizami 8 ünvanında, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

“CinemaPlus” Azadlıq prospekti, 45 ünvanında, “28 Mall” ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Dolğun məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8 
https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

0
19