Kristina Aqileranın Uitni Hyustonun holoqramı ilə dueti – VİDEO

Kristina Aqileranın Uitni Hyustonun holoqramı ilə dueti – VİDEO

Uitni Hyustonun 3D holoqramı tezliklə dünya turnesinə çıxacaq.

Kristina Aqileranın mərhum müğənni Uitni Hyustonun holoqramı ilə “Qolos” şousunda baş tutacaq debütü qeyri-müəyyən vaxta təxirə salınıb.

Duetin ilk çıxışı, məhz “Qolos” şousunun Amerika versiyasının final buraxılışı üçün mayın 23 və 24-ə planlaşdırılmışdı. Amma ilkin materiallar rəsmi premyeradan öncə internetdə yayıldığı üçün Hyuston ailəsi Aqilera ilə müştərək layihəni dondurmaq qərarına gəlib.

“Çəkilən videomateriala baxdıqdan sonra Uitninin holoqramının böyük səhnəyə buraxılmağa hazır olmadığı qərarına gəldik”, - müğənninin bacısı Pet Hyuston “ET Online”a verdiyi müsahibəsində bildirib.

Daha öncə internetdə Aqileranın və Hyustonun ifa etdikləri “I Have Nothing” adlı iki mahnının videosu yayılmışdı.

Uitni Hyustonun 3D holoqramı tezliklə dünya turnesinə çıxacaq. Təşkilatçıların sözlərinə görə, burada müğənninin sevilən hitlərini görə və eşidə biləcəklər. Amma konsertin tarixi məlum deyil.

0
16