Kosaçev: Moskva Azərbaycana yol göstərmir

Kosaçev: Moskva Azərbaycana yol göstərmir

“Psixiatrlar bunu təfəkkürün kliniki ikiləşməsi şəkli adlandırardılar”.

Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin sədri Konstantin Kosaçev, ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbestin Moskvanın Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan, Ukrayna və Belarusu seçim hüququndan məhrum etməsi haqqında bəyanatını “pis gizlədilən xarici siyasət riyakarlığı” adlandırıb.

Oxu.Az xəbər verir ki, K.Kosaçev sabiq səfirə öz Facebook səhifəsində cavab verib.

“Psixiatrlar bunu təfəkkürün ikiləşməsi adlandırardılar. Corc Oruell “ikifikirlilik” (doublethink) terminini yaradıb, bu bir-birinə zidd olan iki fikirdə olma qabiliyyətidir.

Mən isə bunu, amerikalıların bizim ölkəyə və bizim mehriban qonşularımıza qarşı çəkinmədən tətbiq etdikləri, pis gizlədilən xarici siyasət riyakarlığı adlandırardım”, - Kosaçev yazıb.  

Daha öncə “Nezavisimaya qazeta” Herbstin “Azad Avropa”ya verdiyi müsahibəsindən bəzi məqamları dərc edib. Bu müsahibədə sabiq səfir, Vaşinqtonun Moldovanın Avropa kursunu dəstəklədiyini bunun üçün ölkənin rəsmi və nüfuzlu şəxslərilə görüşlərin keçirildiyini deyib.

Onun sözlərinə görə, ABŞ hesab edir ki, Moldova, Gürcüstan, Ukrayna, Ermənistan və Azərbaycan “müstəqil seçim hüququna malik olmalıdırlar” və Moskva “onlara göstəriş verməməlidir”.

0
20