“Miss Apollon” gözəli rusiyalı model oldu – FOTO

“Miss Apollon” gözəli rusiyalı model oldu – FOTO

“Xəyallarım gerçək oldu”.

Türkiyədə təşkil edilən “Miss Apollon” gözəllik yarışmasının final gecəsi sona çatıb.

Oxu.Az xəbər verir ki, müsabiqəyə Rusiya, Ukrayna, İsveç, Makedoniya, Özbəkistan, Tatarıstan və Qazaxıstandan yaşları 17 ilə 26 arasında dəyişən 15 gözəl qatılıb.

Milli geyim, bikini və gecə paltarlarıyla podiumda yer alan gözəllər rəqs şousu da təqdim ediblər.

Jürinin səsverməsindən sonra 5 nömrə ilə yarışan, Rusiyadan Nesterova Anastasia dördüncü, Tatarıstandan 15 nömrəli iştirakçı Tebekina Ekaterina üçüncü, İsveçdən 9 nömrəli təmsilçi  Frida Fornander ikinci və Rusiyadan 7 nömrəli gözəl Aibedullina Talia isə birinciliyi əldə edib.

12 nömrəli özbəkistanlı  Mnasheva Aizhan isə “Miss Venos” gözəli seçilib.

Qalib olan Talia “gözəl bir gecə yaşadım. Xəyallarım gerçək oldu. Hər kəsə təşəkkür edirəm” deyə sevincini insanlarla bölüşüb.


 
Aytən Sadıqzadə
0
19