Erməni nazirin mühafizəçiləri həbs edildi

Erməni nazirin mühafizəçiləri həbs edildi

Əldə edilən sübutlar əsasında dörd nəfərə qarşı ittiham irəli sürülüb.

Ermənistanın nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın mühafizəçilərinin iştirak etdiyi davada həyati təhlükə yaradan xəsarətlər alıb.

Oxu.Az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Mənbənin məlumatında deyilir ki,  A.Petrosyanın xəsarətlərinə dair ekspertizanın nəticələrinə görə, onun yaraları ağır, həyati təhlükə yaradan yaralar kimi qiymətləndirilib.

Davanın 6 üzvündən 4-nə qarşı (A.Karaxanyan, S.Vardanyan, V.Sarkisyan və A.Şmoyan) Ermənistan CM 112 maddəsinin 2 hissəsinin 6 bəndi üzrə ittiham irəli sürülüb. Onlar həbs ediliblər. Mayın 21-də V.Mkrtıçyan saxlanılıb.

Bir nəfərin də saxlanmasına dair icazə var.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, mayın 16-da Nəqliyyat və Rabitə Nazirliyi binasının həyətində beş nəfər qəddarcasına döyülüb, onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

KİV-in məlumatına görə, ittiham edilənlərdən ikisi Qaqik Beqlaryanın mühafizəçisidir.

0
23