Cavid Hüseynov məhkəmədə son söz dedi – FOTO

Cavid Hüseynov məhkəmədə son söz dedi – FOTO

Prokuror Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda C. Hüseynov son sözlə çıxış edib.

O, ifadəsində baş vermiş cinayət işindən xəbərinin olmadığını, özünü təqsirli bilmədiyini deyib və məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını istəyib.

Proses mayın 31-də davam etdiriləcək. Həmin gün hökm elan olunacaq.

Qeyd edək ki, prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.

0
20