Biləsuvarda siqaret əməliyyatı – FOTO

Biləsuvarda siqaret əməliyyatı – FOTO

3 nəfər saxlanılıb.

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin realizə edilməsi ilə məşğul olan dəstə aşkar edib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, idarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olan bir qrup şəxsin aksiz markası olmayan siqaretləri satma, satış məqsədilə saxlama, eyni zamanda Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretləri realizə etmələri barədə əməliyyat məlumatı daxil olub.

Daxil olan məlumata əsasən həmin şəxslərin Azərbaycan vətəndaşları olduqları müəyyən edilib və dərhal əməliyyat tədbirləri həyata keçirilərək Masallı-Yardımlı yolunun üzərində, Yardımlı rayonunun girişində bu rayonun sakinləri olan 3 nəfər saxlanılıb.

Saxlanılanlardan birinin idarə etdiyi avtomobildən 2 adda 78 400 ədəd xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

0
23