Lavrov NATO-nun yaratdığı təhdidi zərərsizləşdirməyi vəd verdi

Lavrov NATO-nun yaratdığı təhdidi zərərsizləşdirməyi vəd verdi

“Rusiya risk və təhdidlərin qarşısını almaq üçün bütün lazımi addımları atacaq”.

Rusiya sərhədlərində NATO-nun iştirakının möhkəmləndirməsindən dolayı milli təhlükəsizliyə qarşı yaranan təhdidi zərərsizləşdirmək üçün tədbir görəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov macar nəşri “Magyar Nemzet”a verdiyi müsahibəsində bildirib.

“Sözsüz ki, NATO-nun Rusiya sərhədləri yaxınlığında alyansın hərbi potensialını artırmaq da daxil olmaqla, Avropada qüvvələrin strateji sabitliyini pozmağa yönəlmiş kursu nəticəsində artan mənfi tendensiyaları, ABŞ yönümlü qlobal Avropa seqmentinin yaradılmasını görməməzlikdən gələ bilmərik”, - Lavrovun sözlərini RİA Novosti sitat gətirib.

O əmin edib ki, Rusiya milli təhlükəsizliyə yaranan risk və təhdidlərin qarşısını almaq üçün bütün lazımi addımları atacaq”.

Eyni zamanda XİN rəhbəri NATO-da sağlam dərrakənin üstün gələcəyinə və onun üzvlərinin qarşıdurma sxemlərini qurmaqdan imtina edəcəklərinə ümid etdiyini bildirib.

Nazir vurğulayıb ki, Brüssel Moskvaya öz tələblərini yeritməyə cəhd etdiyi şəkildə qarşılıqlı fəaliyyət forması daha olmamalıdır.

Onun sözlərinə görə, Rusiyaya sanskiyaların köməyi ilə təzyiq göstərmək cəhdi, ölkəni milli maraqlardan geri çəkilməyə vadar edə bilməz və Moskva məhdudiyyətlərin ləğv edilməsi məsələsini qaldırmaq niyyətində deyil.

0
18