Şagirdi ilə ailə quran müəllimə: Bir-birimizi sevirik

Şagirdi ilə ailə quran müəllimə: Bir-birimizi sevirik

“Mən Əminəni yanıma çağırdım, tənbeh etdim”.

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib. Mətbuatda yayılan məlumatlara görə, məktəbin ingilis dili müəlliməsi 32 yaşlı Əminə adlı müəllimə həmin məktəbin şagirdi 18 yaşlı Cəlil bəyə qoşulub qaçıb. 

İlk öncə tərəflərin ailə üzvləri bu birliyə razı olmayıb. 

Oxu.Az xəbər verir ki, 301 saylı orta məktəbin direktoru Məmməd Səfərov AzVision.az-a bildirib ki, Əminə müəllimənin qoşulub qaçması xəbəri yalandır, o, öz istəyi ilə ailə həyatı qurub.

“Əminə müəllimə heç kimə qoşulub qaçmayıb. O, dünən rəsmi şəkildə sevdiyi insanla ailə həyatı qurub. Əminə xanım ingilis dili müəlliməsidir, 32 yaşı var. Təhsil Nazirliyinin də bu məsələdən xəbəri var. Onun həyat yoldaşı Cəlil Xəlilov bizim məktəbi ötən il bitirib”.

Direktor Əminə ilə Cəlilin münasibətindən xəbər tutandan sonra müəlliməni yanına çağıraraq tənbeh etdiyini deyib.

“Mən Əminəni yanıma çağırdım, tənbeh etdim. O, isə mənə dedi ki, mən uşaq deyiləm, xeyli yaşım var, öz qərarlarımı özüm verə bilirəm. Biz bir-birimizi sevirik, ona görə də evlənəcəyik. Hətta mənə dedi ki, oğlan onların evlərinə gəlib-gedir. Qızın ailəsi bundan narazı idi. 

Qeyd edim ki, ötən gün keçirilən toy mərasimində Əminənin müəllim dostları, şagirdləri də iştirak ediblər. O, bir neçə gündən sonra əvvəlki qaydada işə davam edəcək”-deyə məktəb direktoru qeyd edib.

0
62