“Taliban” Molla Mansurun xələfinin adını açıqladı

“Taliban” Molla Mansurun xələfinin adını açıqladı

Axundzadə talibanlar arasında dini avtoritet kimi hörmət qazanıb.

“Taliban” hərəkatı rəsmən başçıları Molla Əhtar Mansurun amerikalı hərbçilərin aviazərbəsi zamanı öldüyünü elan edib və onun xələfinin açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Taliban”ın yeni lideri Heybatullah Axundzadə oldu.

Qəndəharda anadan olan Axundzadə - Mansurun sabiq müavini idi və talibanlar arasında dini avtoritet kimi hörmət qazanıb.

Kabildə çoxsaylı terror aktlarının törədilməsində iştirak edən “Hakkani” şəbəkəsinin  başçısı Siracuddin Hakkani və bir müddət əvvəl öldürülən “Taliban” rəhbəri Molla Ömərin oğlu Məhəmməd Yaqub onun müavinləri təyin edilib.

Mayın 21-də “Taliban” lideri Molla Mansurun içərisində olduğu avtomobil Pakistanın Əfqanıstanla sərhədində vurulub. Amerika hərbçiləri ABŞ prezidenti Barak Obamanın əmri ilə Pakistanın ucqar rayonuna zərbələr endiriblər.

0
16