Yunuslar Hollandiyadan sığınacaq istədilər

Yunuslar Hollandiyadan sığınacaq istədilər

Onların müraciətinə bir həftə ərzində cavab veriləcək.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus siyasi sığınacaq almaq üçün Hollandiya Xarici İşlər Nazirliyinə müraciət edib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, ötən ay müalicə almaq üçün Hollandiyaya gedən Yunuslar artıq sığınacaq almaq üçün sənədlərini Hollandiya XİN-ə təqdim ediblər.

Hollandiya XİN-dən bildirilib ki, L.Yunusun sığınacaq müraciətinə bir həftə ərzində cavab veriləcək.

Yunusların qızı Dinara Yunus da 2009-cu ildən Hollandiyadan siyasi sığıanacaq alıb. Yunusla ailəsi hazırda Amsterdamda yaşayır.

0
16